Azərbaycanda VAR sistemi bu tarixdən tətbiq ediləcək
29.01.2021 , 17:37

“VAR-ın tətbiqi ilə bağlı işlərə başlayacağıq. Aprelədək rəsmi protokolu həll edəcəyik”.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.
O bildirib ki, bu sistemin tətbiqini növbəti mövsümə kimi çatdırmayacaqlar: “Amma VAR 2022/2023 mövsümündə istifadə oluna bilər. Bu, çox qəliz prosesdi. Çalışırıq ki, hər hansı çatışmazlıq olmasın”.
