Azərbaycanda transfer vaxtı
02.06.2021 , 14:32

Azərbaycanda 2021/2022 mövsümünün transfer dövrlərinin tarixləri müəyyənləşib.
Korner.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yay transfer pəncərəsi iyunun 10-da açılacaq və sentyabrın 1-də bağlanacaq.
Qış transfer dönəmi isə 2022-ci il yanvarın 10-da start götürəcək və fevralın 9-da yekunlaşacaq.
