Azərbaycanda 2016/2017 mövsümünün yay və qış “transfer pəncərəsi”nin vaxtı müəyyənləşib.
Korner.az-ın apasport.az-a istinadən məlumatına görə, sabah transfer dönəmi rəsmən açıq elan ediləcək.
Topaz Premyer Liqasında iştirak edəcək klublar heyətlərini avqustun 31-dək gücləndirmək imkanı əldə edəcəklər. Çünki məhz həmin gün “transfer pəncərəsi” bağlanacaq.
Qış transfer dönəmi isə 2017-ci il yanvarın 4-də açılacaq və fevralın 1-dək davam edəcək.
