Azərbaycanda transfer dövrlərinin vaxtı açıqlandı
08.06.2023 , 16:55

Azərbaycan çempionatlarında 2023/2024 mövsümü üçün transfer dövrlərinin vaxtı müəyyənləşib.
Korner.az PFL-ə istinadən xəbər verir ki, yay transfer pəncərəsi iyunun 15-də start götürəcək və sentyabrın 5-də bitəcək.
Qış transfer dönəmi isə 2024-cü il 11 yanvar – 8 fevral tarixlərini əhatə edəcək.
