“Azərbaycanda problem ondadır ki, klublar bütün pulu yayda xərcləyirlər”
17.02.2020 , 18:24

“Azərbaycanda “Sabah” klubunu çalışdırıram. “Rudes”dən ayrıldıqdan sonra Zaqreb “Dinamo”sunun əvəzedici komandasında işlədim. Orada Dani Oymo, İvan Şunyiç və Yosip Brekalo kimi istedadlı futbolçuların üzə çıxmasında yaxından iştirak etdim”.
Korner.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Jelko Sopiç Fransa mətbuatına açıqlamasında söyləyib:
“Burada problem ondan ibarətdir ki, klublar bütün pulu yay “transfer pəncərəsi”ndə xərcləyirlər. Bundan sonra isə yeni komanda formalaşdırmaq mümkün olmur. Nəticədə əlində olan futbolçulara kifayətlənməlisən. Qarşıya qoyulan vəzifəyə çatmaq üçün mübarizəmizi davam etdiririk. Burada vəziyyət Fransa və İspaniyadakı kimi deyil. Məsələn, büdcənizi yaxşı idarə etməlisiniz”.
Sopiç “Sabah”ın fransalı futbolçuları Kevin Kubemba və Amadu Diallo haqda da fikirlərini bildirib:
“Kubembanın ayağı sındığı üçün onu hələlik yalnız məşqlərdə görürəm. Diallo isə yaxşı reaksiyası olan sürətli futbolçudur. Sadəcə, atasının ölümünə görə şəxsi problemləri səbəbindən istədiyimiz oyunu göstərə bilmirdi”.
