“Azərbaycanda özümü çox rahat hiss edirəm”
28.03.2020 , 18:16

“Keşlə”nin futbolçusu Lorenso Frutos “Tigo Sports”a açıqlama verib.
Korner.az xəbər verir ki, hücumçu Azərbaycanda koronavirusla bağlı yaranmış vəziyyətdən danışıb:
“Burda hər şey dayandırılıb, obyektlər bağlanıb. Çempionat və təlim-məşq toplanışları da dayanıb. Tək deyilik, bunların öhdəsindən gəlməyə çalışırıq. Komandama kömək etmək üçün əlimdən gələni edirəm. Avropa Liqası zonasındayıq. Azərbaycanda özümü çox rahat hiss edirəm”.
