“Azərbaycanda oynayacağımız üçün çox xoşbəxtəm” – Şenol Güneş
25.12.2019 , 12:07
Türkiyə millisinin baş məşqçisi Şenol Güneş “TRT Spor”a açıqlamasında AVRO-2020-də keçirəcəkləri matçlar barədə danışıb. O, Azərbaycanda oynayacaqları üçün xoşbəxt olduqlarını deyib:
“AVRO-2020-yə İtaliya ilə oyunla başlayacağıq. Bütün dünyanın gözü bu matçda olacaq. Avropa çempionatına gedəcəyik, amma bizim üçün yeni bir dönəm başlayır. Yeni başlanğıc olacaq.
Azərbaycanda oynayacağımız üçün çox xoşbəxtəm. Bundan yaxşısı ola bilməzdi. Demək olar ki, öz meydanımızda oynayacağıq. Amma səfər baxımından problem yaşaya bilərik. İki matç arasındakı müddəti 3 gündən 4 günə çəkməli idilər. Ən azı futbolçuların zədələnməməsi üçün”.
