Gənclər və idman naziri Azad Rəhimovun başına maraqlı hadisə gəlib.
Korner.az-ın məlumatına görə, dünən Şahdağ Qış-Yay turizm kompleksində olan nazir xizək sürmək istəsə də, onun bu istəyi baş tutmayıb. Buna səbəb isə Şahdağda nazirin ayağının ölçüsünə uyğun xizəyin tapılmaması olub.
Qeyd edək ki, Azad Rəhimovun ayaq ölçüləri böyükdür.
Xatırladaq ki, həmin gün Azərbaycanda bir sıra jurnalist də Şahdağa səfər edib və bu foto da həmin səfərdən çəkilib.
qafqazinfo.az
