big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Azərbaycanda insan alverinin qurbanı olan əcnəbi futbolçular

10.12.2013 , 07:18

“İki taksi sürücüsü məndən müəyyən qədər pul alıb, Azərbaycan-Gürcüstan sərhədini keçirəcəyinə söz verdi, amma məni aldatdı” 

Korner.az-ın məlumatına görə, futbol komandasında oynamaq adı ilə Kotdivuardan (Fil Dişi sahili, Afrika qitəsi) Azərbaycana gətirilən və insan alverinin qurbanı olan şəxslərlə bağlı məlumatlar daxil olub. 

Uğurlu futbol karyerası xəyalı ilə Azərbaycana gələrkən insan alveri qurbanına çevriləcəklərini güman belə etməyən gənc futbolçular üçün artıq geriyə də yol yoxdur. Ölkələrində vəziyyət gərgindir, tayfalar arasındakı qanlı savaşlarda çox sayda qohum və yaxınlarını itiriblər. Geri qayıdacaqları təqdirdə onlar da ya bu savaşın qurbanı, ya da qanlı cinayətin iştirakçısı olacaqlar. 

Hər halda hazırda “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin sığınacağında yerləşdirilən Toure Morifere belə deyir. 

Bakı küçələrində itirilən arzular… 

Tourenin cəmi 17 yaşı var. 1996-cı ildə Kotdivuar Respublikasının Man şəhərində anadan olub. Natamam orta təhsillidir. Ölkəsində 4-cü diviziya klubu olan “Oxygene” futbol komandasında oynayıb. Dediyinə görə, onu Azərbaycana gəlməyə “Oxygene” klubunun prezidenti Gnadre Jacob və “Totodrou” klubunun prezidenti Bahi razı salıb. Üstəlik bu məqsədlə ondan iki milyon CFA frankı (təxminən 3050 avro) pul alıblar: 

“Bu pula bütün xərclərin (bilet, viza, otel, yemək və s.) daxil olduğu bildirildi. Ümumilikdə 16 nəfər Kotdivuar vətəndaşı Azərbaycana gətirilib, onlardan səkkizi Gnadre Jacob ilə iyulun 17-də, mən və digərləri isə iyulun 27-də gəlmişik. Biletlərimiz gediş-dönüş bileti idi. 1 aylıq elektron viza almışdım və bu sənəd Jacobda olub. Azərbaycanda Novxanıda “Olimpik Hotel”də qalmışıq. Azərbaycana dəvət məktubumuzda “Gilan Turizm” şirkətinin adı qeyd edilmişdi. Eyni zamanda, Jacob və türkiyəli məşqçimiz olan Korel danışarkən bu şirkətin adını eşitmişəm, lakin bu şirkətin heç bir əməkdaşını tanımıram. Korelin də bu şirkətin əməkdaşı olmadığını bilirəm. Oteldə qalarkən ordan çıxmağa məhdudiyyət qoyulmuşdu, ancaq pasport əlimdən alınmamışdı”. 

Ötən il də bir qrup futbolçunu Azərbaycana gətirilib 

Azərbaycanda olarkən “Sumqayıt”, “Qarabağ” və digər komandalarla müxtəlif vaxtlarda dörd yoldaşlıq oyunu keçirən kotidivuarlı futbolçular iki dəfə udub, iki dəfə isə uduzublar. 

Ancaq sonradan onları ölkəmizə gətirmək üçün 3 min avrodan çox pul alan “Oxygene” klubunun prezidenti Gnadre Jacob 8 futbolçu ilə Kotdivuara qayıdıb: 

“Azərbaycanda olarkən məşqçimiz türk idi. Türkiyə vətəndaşı olan Korel adlı futbol meneceri bizə Azərbaycan futbol klublarının birində oynamağı təşkil etməli idi”. 

Ancaq Korel adlanan bu şəxs ölkəsinə geri qayıdıb və futbolçulara heç bir iş təklifi olmayıb. Hətta həmsöhbətimiz deyir ki, Korellə Jacobun işbirliyi olub və onlar hətta ötən il də bir qrup kotdivuarlı futbolçunu Azərbaycana gətiriblər. 

Bu il gətirilən futbolçulardan 8 nəfəri geri qayıdıb, daha sonra digər 6 futbolçu gedib. Təbii ki, bunun üçün onlara ailələrinin göndərdiyi pulla cəriməni ödədikdən sonra: “Mənim isə pulum olmadığı üçün qayıda bilmədim, çünki ailəm Jacoba ödənilən pulu belə borc almışdı”. 

“1 ay küçədə yaşadım” 

Beləcə vətənindən çox-çox uzaqlarda, məşhur futbolçu olmaq arzusu ilə gəldiyi, bəlkə adını belə düz tələffüz edə bilmədiyi Azərbaycanda qaldığı oteldən də çıxarılan Toure noyabrın 29-dək, yəni 1 ay küçədə yaşayıb: 

“Küçədə qalarkən məni polis saxlamışdı, sənədlərimi təqdim etməyimi tələb etdi. Lakin sənədlərimin üstümdə olmadığını bildirdim. Polis əməkdaşı bununla bağlı heç bir tədbir görmədi. Kotdivuar və digər Afrika ölkələrindən bir çox futbolçunun Gürcüstan futbol klublarında oynadığını bilirdim və buna görə də Gürcüstana getməyə qərar verdim”. 

Bu dəfə fırıldaqçı taksi sürücüləridir 

Toure bu dəfə də Gürcüstan arzusu ilə “Qırmızı Körpü” keçid məntəqəsinə gedib. Amma fürsətçilər hər yerdə var və bu dəfə də aldadılıb: 

“Orda tanış olduğum iki taksi sürücüsü məndən müəyyən qədər pul alıb, Azərbaycan-Gürcüstan sərhədini keçirəcəyinə söz verdi və gecələmək üçün yer təşkil etdilər. Amma səhər taksi sürücüsünü nə qədər gözləsəm də, gəlmədi – sonradan aldadıldığımı başa düşdüm. 

Qayıtmağa pulum olmadığı üçün “Kamaz” markalı yük maşını sürücüsündən xahiş edib yük yürində Bakıya qayıtdım. Daha sonra futbol klubu tapmaq üçün əvvəllər də məşq etdiyimiz Sumqayıta getdim. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yaxınlığında Ruslan və Ceyhun adlı iki şəxslə tanış oldum və onlar məni gecə qalmaq üçün internet klubda yerləşdirdilər”.

“ Kotdivuara qayıtmağa qorxuram” 

Bundan sonra həmsöhbətimiz nəhayət ki, həmin Ruslan adlı şəxsin köməyi ilə “Azərbaycan Miqrasiya Mərkəzi”nin sığınacağına gəlib. 

Təbii ki, tək yox, onunla bərabər Azərbaycana gətirilən və daha sonra insan alverinin qurbanı kimi küçələrdə yaşamağa məcbur olan başqa bir həmyerlisi Traore Sekou ilə birlikdə. Hazırda hər iki gənc İctimai Birliyin sığınacağında yaşayır. Ölkələrinə qayıtmaq istəmirlər.

Səbəbini isə Traore Sekou belə izah edir: “Kotdivuarda vəziyyət gərgindir, təhlükəsizlik təmin olunmur. 2002-ci il prezident seçkilərindən sonra “Bete” tayfasından olan keçmiş prezident və “Mandinka” tayfasından yeni seçilən prezident arasında qarşıdurma ölkədə vətəndaş müharibəsinə səbəb olub. Üsyançı qruplar arasında mübarizə çoxlu mülki insanın itkisinə səbəb olur. 

Gəncləri bu qruplara qoşulmağa məcbur edirlər və bundan imtina edənləri hətta yandıraraq öldürürlər. Silahdan istifadə mənsub olduğumuz “Mandinka” tayfasının adətlərinə ziddir, lakin indi bizi buna məcbur edirlər. Ordu insanlara özlərini müdafiə etmək üçün odlu silah paylayır, bu da ölkədə özbaşınalığın, oğurluq, quldurluq kimi cinayətlərin artmasına səbəb olub. 2002-ci il hadisələrindən etibarən tayfalararası mübarizə daha da qızışıb. Nəticədə çoxlu qohumlarımı, yaxın dostlarımı itirmişəm. 

Ölkədə baş verən aclıq da ora dönməməyimə daha bir səbəbdir. Kotdivuara qayıtmağa qorxuram, həm həyat və sağlamlığım təhlükə altında ola bilər, həm də qiyamçı qruplara məcburi qoşulmaq istəmirəm”. 

Bütün bunları nəzərə alaraq hər iki həmsöhbətimiz Azərbaycanda onlara qaçqın statusu verilməsi üçün Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevə müraciət edib. 

Mənbə: Aznews.az

Son yazılar

To Top