Azərbaycanda İdman Jurnalistləri Federasiyası yaradılır
09.01.2020 , 11:52

Azərbaycanda İdman Jurnalistləri Federasiyası yaradılır.
Korner.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. O, sabah saat 15:00-da Milli Olimpiya Komitəsində İdman Jurnalistləri Federasiyasının təqdimat mərasiminin keçiriləcəyini bildirib.
Qeyd edək ki, bugünlərdə Gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının fəaliyyətindən narazılıq etmişdi.
