Azərbaycanda hakimlər davaya müdaxilə etməyəcək
05.06.2020 , 18:43

Peşəkar Futbol Liqasının Azərbaycan Premer Liqası və ölkə kuboku ilə bağlı açıqladığı təlimatda oyunları idarə edəcək hakimlər barədə bəzi qadağalar da əksini tapıb.
Korner.az xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.
Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.
Hakim mübahisəli vəziyyətlər zamanı futbolçular arasında münaqişə yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.
