Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
01.04.2025 , 12:00

18-20 aprel tarixlərində Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını sərgiləyəcəklər.
Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
