Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inin rəqibi olan "Mariehamn" klubunun futbolçusu Tommi Virtanen püşkü dəyərləndirib.
Korner.az-ın məlumatına görə, Virtanen "İnter" haqda ətraflı məlumatının olmadığını bildirib: "Püşkatmanı izləyirdim. Telefonla öyrəndik ki, Avroliqadakı rəqibimiz "Malmö" (İsveç) deyil, Bakı "İnter"idir. Yaxşı komandamız var və Avroliqada bu mövsüm debüt edəcəyik. Eyni zamanda uzaq məsafəyə səfər etmək bizim üçün əyləncəli olacaq.
Mən "Wikipedia"ya baxdım və öyrəndim ki, "İnter" ötən mövsümü üçüncü pillədə başa vurub. Rəqib haqda ətraflı məlumatım yoxdur. Heyətlərinə baxdım və tanıdıq ada rast gəlmədim. "İnter"in bizim üçün arzulanan və ya qorxulu rəqib olduğunu söyləmək çətindir. Hər halda biz Avroliqada oynamaqdan böyük zövq alacağıq".