“Azərbaycana qayıtmağıma çox sevinirəm” – Hendrik Ekşteyn
24.01.2020 , 20:53

“Səbail”in yeni transferi Hendrik Ekşteyn paytaxt klubuna keçidi ilə bağlı danışıb.
Korner.az xəbər verir ki, afrikalı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlama verib:
“Səbail”ə qatıldığım üçün xoşbəxtəm. Komanda yoldaşlarım və texniki heyət məni əla qarşıladı. Həqiqətən də, komandaya fayda gətirmək üçün buraya gəlmişəm.
Azərbaycana qayıtmağıma çox sevinirəm. Qısa zamanda bu ölkədə özümü evdəki kimi hiss etdim. Komandada əla oyunçular var və “Səbail”də debütümü səbirsizliklə gözləyirəm”.
