“Rəvan”la 1,5 illik müqavilə bağladım. Bu komandaya keçdiyimə görə şadam”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Rəvan”ın yeni transferi Boyan Markoviç deyib.
Bosniya və Herseqovina doğumlu serb mərkəz müdafiəçisi ölkəmizdə futbola çox sərmayə qoyduğunu bildirib: “Təklif maliyyə baxımından yaxşı idi. Belədə təklifi qəbul edərək Azərbaycana getmək qərarına gəldim. Burda çox adam futbola sərmayə qoyur. Çoxlu əcnəbilər, xüsusən də braziliyalı oyunçular çıxış edir ki, onlar çempionatın çox yüksək səviyyədə keçməsinə səbəb olur”.
