Avropa çempionatının Bakıda keçirilən seçmə mərhələsində millimizə qalib gələrək qrup birincisi olan Ukrayna futzal yığmasının baş məşqçisi Aleksandr Kosenko oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az Qol.Az-0a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycanla oyunda böyükhesablı qələbəyə ümid etdiklərini bildirib:
“Azərbaycanla oyunda böyükhesablı qələbə qazana bilərdik. Lakin 3:2 hesabı ilə qalib gəldik. Şükürlər olsun ki, keçirdiyimiz hər üç oyunda qalib gələrək final mərhələsinə vəsiqə qazandıq. Futzalçılara, federasiyaya, məşqçilər heyətinə və həkimlərə təşəkkür edirəm”.
Qeyd edək ki, qrupun son matçında millimizə 3:2 hesabı ilə qalib gələn Ukrayna yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
