Zirve İnternational Sport Clubs-ın Azərbaycan ərazisindəki filialları arasında keçirilən yarışların başa çatması haqda xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, 5-12 noyabr tarixləri arasında Neftçala, Lənkəran, Samux və Xırdalanda keçirilən turnirlərdə ümumilikdə 560-a yaxın ağır atlet gücünü sınamışdı.
Yarışların nəticələri artıq hazırdır və aşağıda sizə təqdim olunur.
Qeyd edək ki, bütün filiallarda yarışlar bütün yaş qrupları üzrə keçirilib.
Ancaq final mərhələsinə bu ilin avqustunda olduğu kimi – U-12, U-15, U-17, U-20, Kişilər, Veteranlar, Qadınlar və U-15 qızlar olaraq vəsiqə əldə olunacaqdır.
