Millidən darmadağın
11.10.2022 , 20:43

Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün seçmə mərhələsinin 6-cı qrupunda ikinci oyununa çıxıb.
Korner.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi kollektiv Yunanıstanla üz-üzə gəlib. Oyun millimizin 7:0 hesablı qələbəsi ilə bitib.
Millimiz qrupdakı ilk görüşündə Polşaya 4:3 qalib gəlmişdi.
19:00 Yunanıstan – Azərbaycan – 0:7
Afina, “Teodoros Putos” idman zalı
Hakimlər: Ademir Avdiç, David Qlavonçiç, Corc Janzisan (hamısı İsveç)
