Martın 4-dən 12-ə qədər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Yunanıstanda təlim-məşq toplanışı olacaq.
Korner.az-ın AFFA-nın saytına istinadə yaydığı xəbərə görə, yığmamız martın 13-dən 17-dək Yunanıstanın Xalkida şəhərində UEFA tərəfindən təşkil olunmuş “Development Tournament” turnirində iştirak edəcək.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
14.03.2013
Saat 15:30.İsrail – Azərbaycan
15.03.2013
Saat 18:00. Azərbaycan – Yunanıstan
17.03.2013
Saat 13:15. Malta – Azərbaycan