Futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki rəqibi olan Bolqarıstan yığmasının baş məşqçisi istefaya göndərilib.
Korner.az-ın məlumatına görə, Bolqarıstan Futbol Federasiyasının İcraiyyə Komitəsinin son toplantısında məşqçilər korpusunun istefasına qərar verilib.
Bu üzdən də baş məşqçi Lyuboslav Penev, onun köməkçiləri Radoslav Sdravkov, David Rodriqes və Yordan Yordanov vəzifəsindən azad olunub.
