San Marino üzərində qazanılan böyükhesablı qələbə də yığmamıza kömək etmədi.
Buna səbəb qrupumuzda keçirilən Şimali İrlandiya – Çexiya matçının nəticəsidi.
Bu oyunda qələbə qazanan (2:0) britaniyalılar xallarının hesabını 19-a yüksəldim və millimizlə aradakı fərqi 9-da saxlayıblar. Sona 2 tur qalmış bu fərqi aradan götürmək mümkünsüz olduğundan yığmamızın DÇ-2018-dən kənar qaldığı rəsmiləşib.
