Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirilib. Mirbağır İsayevin komandası Bolqarıstanın Ukrayna yığması ilə qarşılaşıb.
Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki “Lokomotiv” stadionunda keçirilən görüşdə millimiz darmadağın olub – 1:6.
Azərbaycan yığması ilk oyundan İrlandiyaya 0:6 hesabı ilə uduzub.
13 oktyabr
Avropa çempionatının ilkin seçmə mərhələsi
II tur
Ukrayna – Azərbaycan – 6:1
Qollar: Mixaylo Mudrik, 3, Roman Yakuba, 15, Danilo Silkan, 38, Alan Aussi, 62, Stanislav Biblik, 78, Artyom Sulianski, 90+1 – İsmayıl Zülfüqarlı, 17
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Baş hakimin köməkçiləri: İbrahim Çağlar Uyarcan (Türkiyə), Miroslav Maksimov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Davidov (Bolqarıstan)
