Azərbaycan yığması ilə Ukraynanın “Şaxtyor” klubu arasındakı yoxlama oyununun keçirilmə yeri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, qarşılaşma fevralın 24-də “Mərdan” stadionunda keçiriləcək.
Oyun yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 19:00) start götürəcək.
