Rusiyanın paytaxtı Moskvada keçirilən “Avropa Millətlər Kuboku” yarışına yekun vurulub.
Korner.az-ın məlumatına görə, turnirdə bu gün sərbəst və yunan-Roma güləşi üzrə üzrə mükafatçılar müəyyənləşib.
Azərbaycan güləşçiləri yunan-Roma növü üzrə yarışlarda qüvvəsini sınayıb.
Qrup mərhələsində Ukrayna və Ermənistan qalib gələn millimiz finalda Rusiya ilə qarşılaşıb. Təəssüf ki, pəhləvanlarımız ilk 2 görüşündəki uğurunu bu dəfə təkrarlaya bilməyib. Ev sahibləri həlledici qarşılaşmada yığmamıza heç bir şans verməyərək, 7:0 hesabı ilə qalib gəlib. Nəticədə komandamız “Avropa Millətlər Kuboku”nu gümüş medalla başa vurub.
