Bu gün milli komandamız 2016-ci ildə ilk matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi milli komandamız yoldaşlıq görüşündə Qazaxıstan yığması ilə qarşılaşacaq.
Türkiyənin Antalya şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Qazaxıstan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 125-ci yeri tutur. Azərbaycan isə 112-ci pillədə qərarlaşıb.
26 mart
Yoxlama oyunu
19:00. Azərbaycan – Qazaxıstan – 0:1
Qol: Beysebekov 8.
Hakimlər: Ali Palabıyık, Ceyhun Səsigözəl, Kərəm Ersoy, Halil Umut Meler.
Antalya. "Qloriya Sports Arena".
