“Biz Azərbaycandan üstün komandayıq. Bu da nəticəyə öz təsirini göstərdi”.
Korner.az-ın məlumatına görə, bu sözlər Almaniya millisinin üzvü Mats Hummelsə məxsusdur. DÇ-2018-in seçmə mərhələsinin V turunda millimizin qonağı olan Almaniya yığması növbəti qələbəsini qazanıb.
Oyundan sonra Almaniya mətbuatına açıqlama verən Hummels narazılğını dilə gətirib: “Düzdü, səviyyə baxımından rəqibimizi qabaqlayırdıq. Azərbaycan da pis təsir bağışlamadı. Düzü, istədiyimiz oyunu sərgiləyə bilmədik, çətinlik çəkdik. Təcrübə və səviyyə fərqi qələbə qazanamağımıza yardım etdi”.
