Azərbaycan yığması Macarlstan və İsveçlə qarşılaşacaq
24.10.2022 , 18:45

Noyabrın 15-dən 21-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, yığma hazırlıq çərçivəsində noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
