Azərbaycan yığması məğlubiyyətlə başladı
04.10.2022 , 20:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, yığma Monteneqro ilə üz-üzə gəlib. Matç millinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan yığmasının heyətində Edanur Mutlu fərqlənib.
B Liqasının I qrupunda mübarizə aparan milli növbəti matçını oktyabrın 7-də Kiprə qarşı keçirəcək.
