Azərbaycan yığması ilə təlim-məşq toplanışı
12.09.2023 , 18:46

Taekvondo üzrə Səudiyyə Ərəbistanı millisi Azərbaycana səfərə gəlib.
Korner.az xəbər verir ki, Kurban Buqdayevin rəhbərlik etdiyi komanda sentyabrın 16-na qədər Bakıda olacaq.
Onlar Taekvondo Federasiyasının idman zalında Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışı keçirlər. Qonaqlar ölkəmizə 18 idmançı ilə gəliblər.
