Azərbaycan yığması Avropa ikincisi oldu
28.07.2023 , 10:12

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda final oyununa çıxıb.
Korner.az xəbər verir ki, yığmamız həlledici görüşdə Kipr seçməsi ilə qarşılaşıb.
Rəqibinə 75:78 hesabı ilə məğlub olan Azərbaycan gümüş medalla kifayətlənib.
Xatırladaq ki, yarımfinalda komandamız Andorra seçməsini 87:64 hesabıyla yenərək həlledici görüşə vəsiqə qazanmışdı.
