AFFA-nın I vitse-prezidenti Rauf Əliyev Şanxay Futbol Federasiyasının rəhbərliyi ilə görüş.
Korner.az-ın məlumatına görə, bu görüş Əliyevin Çinə səfər proqramı çərçivəsində baş tutub.
Asiyalılarla söhbətdə Əliyev futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən layihələri, bu idman növündə kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclər arasında təbliğinin gücləndirilməsinə mövzularına toxunub. Bundan başqa gənclərə sağlam həyat tərzinin aşılanması məqsədilə görülən işləri qeyd edib, Azərbaycanda digər idman növləri ilə yanaşı futbolun da inkişaf yolunda olduğunu bildirib.
Təklif irəli sürülüb ki, AFFA ilə Şanxay Futbol Federasiyası arasında əməkdaşlıq yaradılsın. Bu əməkdaşlığa əsasən yeniyetmə və gənclərdən ibarət Azərbaycan komandalarının Şanxayda təlim-məşq toplanışları və yoldaşlıq görüşləri, eyni zamanda çinli futbolçuların ölkəmizdə analoji tədbirləri təşkil olunsun. Təklifi hər iki tərəf müsbət qiymətləndirib.