Azərbaycan Şahmat Federasiyasının vitse prezidenti və Bakı şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədov yeni anlaşmaya imza atıb.
Korner.az-ın məlumatına görə, Kuba Şahmat Federasiyası azərbaycanlı şahmatçıların Kubadakı Xose Raul Kapablankanın xatirəsinə həsr olunmuş turnirində iştirak etməsi ilə bağlı razılaşma əldə edib.
Razılaşmaya görə, Kuba Şahmat Federasiyası Azərbaycan şahmatçılarının bütün xərclərini qarşılayacaq.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
