Azərbaycan və Fransa yığmaları arasında oyunların tarixləri bəlli olub
11.12.2018 , 17:19

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının AVRO-2021-in seçmə mərhələsində keçirəcəyi oyunların vaxtları açıqlanıb.
Yığmanın ilk matçı 2019-cu il iyunun 6-da səfərdə Lixtenşteyn kollektivinə olacaq. Milli yer aldığı 2-ci qrupun favoriti sayılan Fransa komandası ilə 2019-cu il oktyabrın 10-da rəqib meydanında, 2020-ci il sentyabrın 7-də isə Bakıda qarşılaşacaq.
2019-cu il
6 iyun
Lixtenşteyn – Azərbaycan
6 sentyabr
Azərbaycan – Slovakiya
10 sentyabr
Azərbaycan – Gürcüstan
10 oktyabr
Fransa – Azərbaycan
15 oktyabr
Azərbaycan – İsveçrə
14 noyabr
Azərbaycan – Lixtenşteyn
2020-ci il
26 mart
İsveçrə – Azərbaycan
7 sentyabr
Azərbaycan – Fransa
8 oktyabr
Slovakiya – Azərbaycan
13 oktyabr
Gürcüstan – Azərbaycan
Qeyd edək ki, Azərbaycan millisi Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn yığmaları ilə birgə 2-ci qrupda yer alıb. 53 komandanın paylaşıldığı 9 qrupun qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.
