İtaliya yığmasının aparıcı üzvlərindən Andrea Pirlo, Marko Parolo və Marko Verrati sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, bu xəbəri UEFA-nın rəsmi saytıverib.
Yığmanın baş məşqçisi Antonio Konte son olaraq Verratti haqda danışıb:
“Verratti ayağından zədə alıb. Əgər Norveçlə görüş həlledici olsaydı, onu meydana buraxmaqla risk edərdim. Ancaq belə bir şey olmadığına görə, oynamayacaq”.
Pirlo Bakıda millimizə oyunöncəsi son məşqdə xəsarət almışdı.
