“Bir neçə gündür havanın sərt olmasına baxmayaraq, uşaqlar iradə göstərdilər. Azərbaycan üzərində qələbə bizə müsbət təsirini göstərib”.
Bu sözləri 21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin məşqçisi Ərdoğan Çelina deyib.
O, Kosovo mətbuatına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində yığmamıza qalib gəldikləri (2:0) oyun və növbəti turda Almaniya ilə qarşılaşacaqları matç haqda danışıb:“Azərbaycana qalib gəldiyimiz üçün Almaniya ilə görüşə rahat hazırlaşırıq. Bu oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, azarkeşlərimizi məyus etməyəcəyik”.
