Azərbaycan Ukrayna ilə üz-üzə
21.11.2023 , 10:55

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Korner.az xəbər verir ki, Samir Əiyevin rəhbərlik etdiyi kollektiv Ukrayna ilə qarşılaşacaq.
İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək oyuna saat 22:00-da start veriləcək.
Avrvo-2024
Seçmə mərhələ
21 noyabr
22:00 Ukrayna U-21 – Azərbaycan U-21
Baş hakim: İrakli Kvirikaşvili
İspaniya, “Nueva Kondomina” stadionu.
