Futbol

Azərbaycan UEFA-ya zəmanət verdi

21.05.2020 , 20:30

AVRO-2020-nin ev sahiblərindən biri olan Bakı gələn il baş tutacaq turnirin oyunlarını qəbul etməyə hazırdır. 

Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən “Ria Novosti”yə bildirilib. 

Qeyd olunub ki, Avropa çempionatının 4 matçını keçirmək üçün bütün təminatlar hökumət tərəfindən verilib.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə – Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidi. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı da verib.

Son yazılar

Yuxarı