Avropa Liqasında “Qarabağ”ın Yunanıstan PAOK-u üzərində qazandığı qələbə (2:0) ölkəmizin reytinqini zənginləşdirib.
Korner.az-ın məlumatına görə, əldə edilən qalibiyyət hesabımızın 0.500 xal zənginləşməsinə səbəb olub.
Bununla da əmsallarının cəmini 17.250-yə çatdıran Azərbaycan 1 pillə irəliləyərək Kipri arxada qoyub. Hazırda 25-ci yerdə olan ölkəmiz adalıları 0.200 xal qabaqlayır. Bizdən 1 addım öndə olan İsrailin isə aktivindəki xalların cəmi 17.875-ə bərabərdi.
Səfərdə “Sent Etyen”ə məğlub olan (0:1) “Qəbələ” isə hesabımıza xal yazdıra bilməyib.
