Futbol

Azərbaycan UEFA-nın reytinqində gerilədi

24.08.2018 , 10:57

Avropa Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb.

Oynanılan matçlardan sonra  Azərbaycanın  mövqeyi dəyişib. Təmsilçimiz “Qarabağ” “Şerif”ə uduzduğu üçün xal ehtiyatımız artmayıb. 18.250 xalı olan ölkəmiz 1 pillə geriləyərək, 26-cı pilləyə düşüb. Bundan əvvəl 27-ci pillədə olan Norveç isə 24-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycandan 1 pillə öndə olan Şotlandiyanın 18.375 xalı var. Ölkəmizin əsas izləyicisi Qazaxıstan isə 17.500 xala malikdi.

Son yazılar

Yuxarı