Azərbaycan UEFA-dakı reytinq cədvəlindəki aktivinə daha 0.125 xal yazıb.
Korner.az-ın məlumatına görə, bu, “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” klubu ilə səfər qarşılaşmasında 0:0 hesablı heç-heçə sayəsində reallaşıb.
Hazırda ölkəmiz 15.500 xalla əvvəlki kimi 24-cü pillədədir. Bizdən 1 pillə irəlidə olan Şotlandiya və ən yaxın izləyicimiz Kiprin xalları əvvəlki kimi müvafiq olaraq 16.425 və 15.175-dir. Çünki “Seltik”lə APOEL ÇL-də oyunlarını bu gün keçirəcəklər.
Qeyd edək ki, cari mövsümdə ölkəmizin reytinq əmsalını ən çox “Qəbələ” artırıb – 0.750. “Qarabağ” “Neftçi” ilə bərabərləşib – hər ikisi 0.500. “Kəpəz” isə ölkəmizə 0.375 xal qazandırıb.
