Azərbaycan – Türkiyə oyununun vaxtı açıqlandı
05.09.2023 , 12:49

Sentyabrın 19-dan 25-dək İtaliyanın Alghero şəhərində təşkil olunacaq Çimərlik futbolu üzrə Avropa Superfinalının təqvimi müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisi ilk oyununu sentyabrın 19-u Türkiyəyə qarşı keçirəcək.
19 sentyabr
22:15. Azərbaycan – Türkiyə
20 sentyabr
22:15. Azərbaycan – Rumıniya
21 sentyabr
16:00. İsveçrə – Azərbaycan
Qeyd edək ki, matçların saatı Bakı vaxtı ilə göstərilib.
