FIFA keçən il üçün klubları beynəlxalq transferlərdən ən çox gəlir götürən və xərcə düşən ölkələrin siyahısı açıqlanıb. Azərbaycan ən çox xərc çəkənlərin siyahısında “Top-15″likdə yer alıb.
Klublarımızın transferlərdən ümumi gəlir və xərcləri arasında 4,7 milyon dollarlıq kəsir yaranıb. Azərbaycan 14-cü pillədə qərarlaşdığı siyahıda 988,1 milyon dollarla İngiltərə birincidir.
Klubları ən çox gəlir gətirən ölkələr siyahısında isə 707,5 milyon dollarla Portuqaliya ilk yeri tutur. Braziliya 2-ci (226,9 milyon dollar), Hollandiya isə 3-cüdür (176,6 milyon dollar).
