Azərbaycan təmsilçisinin rəqibi məlum oldu
08.12.2021 , 21:45

UEFA Region Kuboku turnirində 2022/2023 mövsümünün püşkü atılıb.
Korner.az xəbər verir ki, Azərbaycan təmsilçisi ilkin mərhələdə Belarusla 2-ci qrupda mübarizə aparacaq. 1-ci qrupda isə Gürcüstan, Qazaxıstan, Estoniya təmsilçiləri üz-üzə gələcək.
Bu mərhələnin oyunları 2022-ci il mayın 1-dən iyulun 31-dək olan müddətdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycanı turnirdə Region Liqasının 2021/2022 mövsümünün qalibi təmsil edəcək.
