AFFA rəsmiləri UEFA seminarında
12.02.2020 , 18:35

Rusiyanın paytaxtı Moskvada UEFA-nın regional oyun nümayəndələri üçün seminarı keçirilir.
Korner.az xəbər verir ki, seminarda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alan Sərxan Hacıyev, Könül Mehtiyeva, Zaur Hacı-Məhərrəmov, Orxan Hüseynzadə və oyun meneceri kimi fəaliyyət göstərən Emin Cəfərov iştirak edirlər.
Fevralın 11-də başlayan seminara bu gün yekun vurulacaq.
