Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, iclasda Azərbaycan superkubokunun qalibinə 100 min, məğlub olan komandaya isə 50 min manat pul mükafatı verilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Superkuboku Avrokubokların birinci təsnifat mərhələsinə bir həftə qalmış başlayacaq.
