Azərbaycan millisi Slovakiyaya məğlub oldu
08.10.2020 , 20:29

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Milan Obradoviçin baş məşqçi olduğu komanda “Nitra” stadionununda Slovakiyanın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə bitib – 2:1.
Bu komandalar arasında Bakıdakı görüşdə Azərbaycan millisi 2:1 hesabı ilə qalib gəlib.
8 oktyabr
18:30. Slovakiya – Azərbaycan – 2:1
Qollar: Lubomir Tupta, 62 , Mert Çelik, 66, İvan Mesik, 90+4
Baş hakim: Kristoffer Hagenes (Norveç)
Nitra. “Nitra” stadionu
