Azərbaycan – Slovakiya: Hakim təyinatları
03.09.2019 , 16:31

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Slovakiya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
Korner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Makedoniyadan olan hakimlər briqadasına həvalə edilib.
Görüşün baş hakimi Deyan Yakimovski olacaq. Ona yan xətt hakimləri Nikola Karakolev və Kuştrim Lika kömək edəcək. 4-cü hakim funksiyasını isə İqor Stoyçevski yerinə yetirəcək.
Sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək.
