Azərbaycan Serbiyaya uduzdu
13.10.2021 , 00:39

Bu gün millimiz DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Serbiya yığmasıyla qarşılaşıb. “Rayko Mitiç” stadionunda keçirilən matçda millimiz məğlub olub – 1:3.
Azərbaycan yığması seçmə mərhələdə yer aldığı A qrupunda 1 xalla sonuncudur.
DÇ-2022, seçmə mərhələ, 8-ci tur
12 oktyabr
A qrupu
22:45 Serbiya – Azərbaycan – 3:1
Baş hakim: Erik Lambrekts (Belçika)
