Martın 19-dan 31-dək Rusiyanın Soçi şəhərində "Kubanbaharı-2014" turniri keçiriləcək.
Korner.az-ın məlumatına görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi turnirdə 12 komanda mübarizə aparacaq. B qrupunda yer alan yığmamızın rəqibləri İsrail, Rusiya və Rumıniya komandaları olacaq. Azərbaycan yığmasının oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
20 mart
İsrail – Azərbaycan
22 mart
Rusiya – Azərbaycan
24 mart
Rumıniya – Azərbaycan
