Azərbaycan – Rumıniya oyununun hakim təyinatları
30.11.2023 , 19:53

Azərbaycanın futzal millisinin DÇ-2024-ün elit mərhələsində evdə Rumıniyaya qarşı keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçı Polşadan olan hakimlər briqadası idarə edəcək. Hakimlər Damian Qrabovski,Slavomir Steçko və Monika Çudzinoviç olacaq. “Timekeeper” funksiyasını isə azərbaycanlı Ramil Namazov yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Rumıniya görüşü saat 20:00-da başlayacaq.
